Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Sumqayıtda şəhid plakatı basdırıldığı yerdən hara yoxa çıxıb?

Sumqayıtda şəhid plakatı basdırıldığı yerdən hara yoxa çıxıb?

Sumqayıtda şəhid plakatı basdırıldığı yerdən götürülüb.

Trend xəbər verir ki, hadisə noyabrın 29-u gecə saatlarında baş verib. 4 naməlum şəxs 1-ci mikrorayon ərazisində Vətən müharibəsi şəhidi Rahib Babayevin xatirəsinə quraşdırılmış plakatı oğurlayıblar. Şəhidin həyat yoldaşı bununla bağlı polis orqanlarına müraciət edib.

Day.Az xəbər verir ki, məsələ ilə bağlı Trend-ə açıqlama verən DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, hadisə barədə məlumatlıdırlar.

"Baş verən hadisə araşdırılır", - deyə o qeyd edib.

Qeyd edək ki, Azərbaycan Ordusunun mayoru olan Rahib Babayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə şücaət göstərmişdir. "Canavar" postunun alınmasında iştirak edib və sentyabrın 30-da həlak olub. Oktyabrın 2-də Sumqayıt şəhər Şəhidlər Xiyabanında dəfn olunub.