Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

"Taliban"a qarşı partizan müharibəsi ELAN EDİLDİ

Əfqanıstan Milli Müqavimət Cəbhəsi (NRF) Bazar ertəsi günü Kabil şəhərinin mərkəzində başqa bir intiharçı-terrorçu qrup tərəfindən "Talibana" qarşı həyata keçirilən terror aktından sonra Talibana qarşı silahlı döyüşlərə başlandığını elan edib.

Publika.az xəbər verir ki, bu barədə NRF-nin sözçüsü Sibghatullah Əhmədi "Twitter"də paylaşım edib.

O, Kabildəki Pule Çarkhi təlim mərkəzində "Taliban" xüsusi bölməsi tərəfindən idarə olunan nəzarət məntəqələrinin ləğvi əməliyyatını əks etdirən bir video yayımlayıb.

Gecə saatlarında lentə alınan kadrlar zamanı avtomatdan atəş səsləri eşidilir.

"Bu hücum xalqı "Taliban"ın zülmü və vəhşiliyindən müdafiə etmək üçün partizan əməliyyatlarımızın başlanğıcıdır", - sözçü qeyd edib.

Hüseyn İbadlı