Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Tamaşaçıların dəstəyi çox kömək edir - Bədii gimnastika üzrə Azərbaycan Çempionatının iştirakçısı

Bədii gimnastika üzrə 28-ci Azərbaycan çempionatının iştirakçılarına tamaşaçıların dəstəyi çox kömək edir.

Milli.Az xəbər verir ki, bunu Trend-ə yarışın iştirakçısı, Bakı Gimnastika Məktəbinin tələbəsi Nura Qocayeva deyib.

"Bu gün hər şey alınmadı, amma qarşıda məni daha çox turnirlər gözləyir, daha yaxşı nəticələr göstərə biləcəyimə inanıram. Digər iştirakçıların çıxışını izləyə bilmədim, ümid edirəm ki, hər şey onların planlaşdırdıqları kimi alındı. Yarışa hazırlaşan hər bir idmançı uzun məşqlərdən keçir, hər biri turnirdə özünü sübut etməyə, bacarıqlarını nümayiş etdirməyə çalışır", - deyə gimnast bildirib.

Onun sözlərinə görə, tamaşaçıların dəstəyi onun və müsabiqənin digər iştirakçıları üçün çox vacibdir.

"Milli Gimnastika Arenasının zalı böyükdür, amma burada çıxış etmək qorxusu yoxdur, çünki tribunada əyləşən hər kəs bizi fəal şəkildə dəstəkləyir", - deyə gimnast əlavə edib.

Milli.Az