Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Tanınmış futbolçunu 4 illik həbs cəzası gözləyir -

İngiltərənin "Vest Hem" klubunun futbolçusu Kurt Zuma məhkəmə qarşısına çıxacaq.

Milli.Az metbuat.az-a istinadən xəbər verir ki, buna səbəb 28 yaşlı müdafiəçinin pişiyi təpikləməsi səbəb olub.

Fransalı oyunçunun məhkəməsi mayın 24-də Londonda baş tutacaq. Zuma ilə yanaşı, onun heyvana qarşı qəddarlığını videoya çəkən qardaşı da mühakimə olunacaq.

Nəşrin məlumatına görə, oyunçunu 4 ilə qədər həbs cəzası və 60 000 avro cərimə gözləyir.

Milli.Az