Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Trampın seçki kampaniyası başladı

Donald Tramp seçki kampaniyasına start verib.

Publika.az “TASS” agentliyinə istinadən xəbər verir ki, ABŞ-ın keçmiş prezidenti Donald Tramp prezidentlik kampaniyasına Nyu-Hempşir və Cənubi Karolina ştatlarına səfər edərək başlayıb.

Billdirilir ki, Trampın seçki kampaniyası çərçivəsində keçirdiyi görüşlər onun əvvəlki səs-küylü mitinqlərindən fərqlənir. Belə ki, Kolumbiyada (Cənubi Karolina) keçmiş prezidentlə görüşə cəmi 200 amerikalının qatıldığı deyilir.

Trampın köməkçiləri bunu 2024-cü il təkrar seçki kampaniyasının ictimai mərhələsinə doğru ilk addım kimi qiymətləndirirlər.

Donald Tramp görüşlərdəki çıxışı zamanı Co Bayden administrasiyasının xarici siyasət qərarlarını tənqid etməsi ilə diqqət çəkib.

Qeyd edək ki, bir çox respublikaçı da “Ağ Ev”in rəhbəri vəzifəsinə öz namizədlərini irəli sürməyi düşünür. Xüsusilə, Nyu-Hempşir qubernatoru Kris Sunu və Cənubi Karolinanın keçmiş qubernatoru Nikki Heylin namizədlər sırasında yer alacağı ehtimal olunur.

Mehti Kamiloğlu