Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Türkiyədə prezident seçkiləri ilə bağlı 11 namizədin müraciəti qəbul edildi

Türkiyənin Mərkəzi Seçki Komissiyası (Yüksək Seçim Qurumu) mayın 14-ü keçiriləcək prezident seçkiləri üçün 11 namizədin müraciətini qəbul edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə qurumun məlumatında deyilir.

Məlumata əsasən, Komissiya sənədləri yoxlayıb və qərara gəlib ki, həmin şəxslərin mayın 14-də keçiriləcək prezident seçkilərində iştirak etmək üçün qanuni əsasları var. Martın 27-dək namizədlərin hər biri 100 min seçici imzası olan protokolları quruma təqdim etməlidir.

Təsdiqlənən namizədlər: Davut Turan, Doğu Perinçek, Erkan Trükter, Halil Murat Ünver, Hilmi Özden, İrfan Uzun, Muhammed Ali Fatih Erbakan, Muharrem İnce, Sinan Oğan, Tevfik Ahmet Özal, Yakup Türkal.

Milli.Az