Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

UFC gözəli - "Utancaq idim, məni Amerika dəyişdi"

Ukraynalı Marina Moroz son zamanların ən çox müzakirə edilən qadın döyüşçülərindən biridir. O, həm UFC-də döyüşən, eyni zamanda “Playboy” jurnalının modeli olan ilk xanımdır.

Moroz MMA-da ən çətin rəqilbərdən biri hesab edilir. O, bu idman növündən əvvəl vətənində boks və kikboksinq yarışlarında iştirak edib. Diqqətəlayiq nəticələri var. Kikboksinqdə böyüklər arasında, boksda isə yeniyetmələr arasında Ukrayna çempionu olub.

Moroz UFC-də cəmi 10 döyüş keçirib. Onun aktivində 6 qələbə və 4 məğlubiyyət var. Son vaxtlara qədər Marina 3 görüşlük qələbə seriyasına sahib idi. Lakin ötən ilin noyabrında Cennifer Mayaya uduzaraq, öz divizionunun ilk onluğuna düşmək fürsətini əldən verib.

O, sosial şəbəkələrdə tez-tez “isti fotosessiyalar”la gündəmə gəlir. Marinanın sözlərinə görə, bu, onun hobbisidir:

“Əvvəllər çox qapalı və utancaq idim, Amerika məni dəyişdi. İndi mən açıq və enerjiliyəm. Çılpaq fotolar göstərirəm, insanlar mənə müsbət mesajlar göndərirlər. Məşqlər mənim üçün hər şeydən əvvəl gəlir, amma bu kimi fotolar mənə rahatlıq verir, həyatımı dəyişir. İndi tamamilə fərqli bir insanam”.

Maraqlıdır ki, Marina ərinin tam dəstəyi ilə açıq-saçıq məzmun hazırlayır: “Onun buna münasibəti müsbətdir. Deyir ki, gözəl bədən quruluşum var, onu gizlətməyə ehtiyac yoxdur. Belə kişilər nadirdir”.

Marina Moroz öz kateqoriyasında ən yaxşı 10-15 döyüşçüdən biri hesab olunur. Lakin hazırda o, rəsmi reytinqdə deyil. UFC-yə yeni daxil olanda, Joan Kaldervud üzərində qələbə sayəsində yeddinci sıraya yüksəlsə də, sonradan nəticələri pisləşib. Üstəlik Marina çoxsaylı zədələr səbəbindən oktaqondan kənar qalıb. 2022-ci ildə Moroz cəmi 2 döyüş keçirə bilib. Fanatları Morozun zədələrin sağaltmasını səbrsizliklə gözləyirlər. Hələlik isə o fotoları ilə onları valeh edir.

Heybət