Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

"Vəzifəmiz Türkiyə-Azərbaycan qardaşlığını daha da dərinləşdirməkdir"

Türkiyənin milli müdafiə naziri Hulusi Akar Vətən müharibəsində qazi olan Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələrini qəbul edib.

Milli.Az APA-ya istinadən bildirir ki, qəbulda nazirin köməkçisi Yunus Emre Karaosmanoğlu da iştirak edib.

"Azərbaycan Ordusu böyük bir uğurla hərəkatı gerçəkləşdirdi. Buna görə sevincliyik. Bizim öhdəmizə düşən vəzifə isə Türkiyə-Azərbaycan qardaşlığını daha da dərinləşdirmək, daha da irəli aparmaqdır. Beləliklə, gələcəyə güclü və arxayın şəkildə baxa bilərik", - Hulusi Akar vurğulayıb.

Milli.Az