Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

“Vaqner”in namibiyalı muzdlusu Ukraynada həlak oldu

Rusiyanın Ukrayaya qarşı başlatdığı təcavüzkar müharibədə Zambiya vətəndaşı həlak olub.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Natan Nyirenda adlı həmin şəxs Rusiyada həbsxanada cəzasını çəkirmiş və onu müharibəyə “Vaqner” özəl hərbi şirkətinin muzdlusu olaraq cəlb ediblər.

Bunu “Vaqner”in rəhbəri, Yevgeni Priqojin özünə məxsus “Konkord” şirkətinin press-relizi vasitəsilə təsdiqləyib.

İş adamının sözlərinə görə, o, Nyirendanı yaxşı xatırlayır və onunla Tver vilayətində danışıb. Priqojinin iddiasına görə,, afrikalı “Vaqner”çilərə könüllü olaraq qoşulub. Nyirenda guya ona “rusların afrikalılara uzun illər müstəqillik qazanmağa kömək etdiyi üçün orduya qatılmaq istədiyini və bunu minnət borcu hesab etdiyini” deyib.

Nyirendanın 23 yaşı var imiş. O, Moskva Mühəndislik Fizika İnstitutunda oxuyub və yarıştat kuryer vəzifəsində çalışıb. 2020-ci ilin yaz aylarında narkotik vasitələr saxlama suçuna görə, doqquz il yarım müddətinə azadlıqdan məhrum edilib.

Çoxsaylı ifadələrə görə, Vaqnerin özəl hərbi şirkətinin tərkibində döyüş əməliyyatlarında iştirak etməyə razı olan məhkumlar altı ay cəbhə xəttində qalmalıdırlar, onlara ölüm təhlükəsi zamanı geri çəkilmək və təslim olmaq qadağandır. Altı aydan sonra sağ qalanlar əfv vəd edilir. 

Musavat.com