Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Xakerlərin 2022-ci ildə nə qədər kriptovalyuta

Xakerlərin 2022-ci ildə nə qədər kriptovalyuta

"Blockchain" analitik şirkəti "Chainalysis" 2022-ci ildə kriptovalyuta xakerlərinin oğurladığı məbləği açıqlayıb. Şimali Koreyadan olan xakerlər keçən il 3,8 milyard dollar dəyərində oğurluq ediblər.

Day.Az Trend-ə istinadən xəbər verir ki, hesabata görə, hücumlar oktyabr və mart aylarında pik həddə çatıb. Təkcə oktyabr ayında oğurlanan məbləğin 32 fərqli hücumla 775,7 milyon dollar olduğu bildirilir.

Şimali Koreya ilə əlaqəsi olan xakerlər - Lazarusun bu qrupların başında olduğu bildirilir. Bu qrupların keçən il bir neçə hücumda təxminən 1,7 milyard dollar dəyərində kriptovalyuta oğurladığı da məlumatlar arasındadır.

Ətraflı

"Chanalysis" kriptovalyutaların qeyri-qanuni istifadəsində rekord artımın da son həftələrdə çoxaldığını açıqlayıb. Müvafiq olaraq, qanunsuz kriptovalyuta fəaliyyəti 2022-ci ildə 20,1 milyard dollara çatıb.