Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Xalq artisti: "Çox gözəl insanam"

Bu gün çox maraqlı bir gecədən çıxdıq. Brilliant xanımın evliliyinin 35 illiyi tamam olması münasibətilə məclis təşkil etmişdilər. Əvvəla onu deyim ki, məni ora çağırmamışdı. Həmişə evində qonaq olmuşam, evinin qızıyam, o da mənim evimin gözəlidir. Düşündüm ki, məni niyə çağırmayıb. Soruşa-soruşa öyrəndim ki, "Cahidin toyunda çağıracam da, indi ayıbdı axı" deyib. Dedim ki, bəlkə sənin oğlunun toyunda öldüm, o qədər yaşamadım. Neynirəm o qədər gözləyib. Və mən sevərək onların məclisinə getdim.

Publika.az xəbər verir ki, bu sözləri Xalq artisti Röya Ayxan sosial mediada paylaşdığı videoda deyib. O, bildirib ki, Xalq artisti Brilliant Dadaşovanın evliliyinin 35 ili tamam olması münasibətilə keçirilən məclis çox gözəl keçib:

"Hara çevirsəniz, insan olduğu kimidir. O, necə doğulub, elə də var. Mən bir az dəli insanam, bir az çatar, bir az çatmaz. Amma hər bir halımla çox gözəl insanam, bircə onu bilirəm. Bəlkə bir gün bir dostunuz sizə harasa çağırmaz, amma siz ora gedin. Çünki bəzən çağırmağa utanırlar.

Çox gözəl bir gecə idi, sevinirəm ki, bu gecədə iştirak edə bildim.

Sevgi odur ki, sən sevə biləsən. Əgər sən insanları sevə bilmirsənsə, sənə qarşı da sevgi ola bilməz. İnsanları sevirəm və heç vaxt heç nəyə baxmayaraq, öz sevgimi satmaram. Düşünürəm ki, sevgim dünyanın ən güclü sevgisidir. O qədər dərin sevirəm ki, məni Brilliant xanım da, Zülfiyyə Xanbabayeva da, Elnur da, Anarlar, oğlum Hüseyn, məni hər kəs sevir. Bütün bunları danışmağımın səbəbi odur ki, rahat olun. Rahat olsanız, hər şey çox gözəl olacaq".