Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Əxlaq baxımından Xanım Məryəm və Həzrəti Yusifdən örnək alın

Əxlaq baxımından Xanım Məryəm və Həzrəti Yusifdən örnək alın"Təklikdə" dedikdə başqa şəxsin daxil ola bilmədiyi bir məkanda məhrəm olmayan qadın və kişinin birlikdə olması nəzərədə tutulur. Belə bir ünsiyyət barədə Quranda söz açılıbmı?
Bu dəfə Quranda bir gənc qadının şahidi oluruq ki, bütün çirkinliklərdən uzaq, yalnız həqiqətə susamış halda raz-niyaz edir. O, təkcə Yaradanla minacat yolu axtarır. Ona tək olmaq lazımdır və zərurəti hiss edir. O elə bir yerə getmək istəyir ki heç kəs, yaxınları belə onu görməsin.
"Bu kitabda Məryəmi xatırla. O vaxt ki o öz ailəsindən kənarlaşıb (günəşin doğduğu) şərqə getdi. Özü və onlar (ailəsi) arasında pərdə saldı."
On üç yaşlı Məryəm raz-niyaz etməyə başladı. Bir müddət gözünü əbədiyyətə dikib Allaha minacat etdi. Elə bu zaman bir gəliş onun xoş tərənnümünün qarşısını aldı. Yumşaq və ehmal ayaq səsləri duydu. Önünə baxanda gözəl bir gənc gördü.
"Biz Cəbraili onun yanına göndərdik. Onun önündə düz qamətli adam şəklində zahir oldu."
Məryəm bundan dəhşətə gəldi. Bu cavan kimdir, haradan gəlib, pərdəli məkana necə daxil olub? O ki, bütün qapıları bağlamışdı!
"Dedi: Təqvalısansa (mənə toxunma,) səndən Rəhmana pənah aparıram." ("Məryəm", ayə-16-18)
Əslində onun sözündə ifadə olunan məna budur:- Əgər mömin kişi olsaydın, mənim pərdə çəkdiyim məkana daxil olmazdın. "İn kuntə təqiyyən" sözünə diqqət etsək belə bir incə nöqtə aydın olacaq ki təqvalı olmaq üçün xəlvətə çəkilən bu işi əks hədəfə zəmin yaratmaq üçün düşünməyib. Belə bir şəraitdə gözlənilməyən məsələ ortaya çıxarsa, Rəhman Allaha pənah aparmaq Ona sığınmaq lazımdır. Əlbətdə, onun Allaha aid olan min ad arasında məhz Rəhman adına pənah aparması barədə bunu demək mümkündür:
Başqa şəxsin daxil ola bilməyəcəyi bir məkanda naməhrəm qadın və kişinin xəvət qalması bir bəladır. ( Bu bəlanın şərlə sonuclanması da qaçılmazdır) Belə bir bəlaya düşən şəxs, Allahın rəhminə təvəssül etməlidir. Bu nöqtə "Yusif" surəsindən başqa bir ifadə ilə Həzrət Yusifin dilindən ifadə olunub. Züleyxa öz qurduğu tələ vasitəsilə onun təqva və paklığını təhlükəyə saldı. Yusif onun tələsindən qurtuldu. Amma hələdə şeytanın nəfsə yaxın olduğunu bilirdi. Yalnız Allahın rəhmi gələrsə nəfsi cilovlamaq olar.
(Həzrət Yusif ded:) "Mən öyünmürəm, (çünki) insanın nəfsi daim onu pisliklərə çağırır. Allahımın mənə rəhm etməsi isə istisnadır..." (Yusif", ayə 52)
Beləcə Həzrət Yusif Züleyxanın ona xəlvət qurduğu tələdən yalnız Allahın rəhmi sayəsində qurtula bilir.
Təfsirçilərdən biri "Məryəm" surəsinin təfsirində deyir: Məryəm elə bir qız idi ki xəlvətə çəkildiyi məkanda qəflətən başqasını gördükdə titrəyib dəhşətə gəlir və Allaha pənah aparır. Bu İlahi ayə naməhrəm oğlan və qızların kişi və qadınların belə bir problemlə üzləşəcəkləri zaman vəzifələrini aydınlaşdırır. Məsələn, bir həkim müxalif cinslə (naməhrəm qadın və qızla) bir otaqda (xəlfətə çəkilə) qala bilərmi? Müəssisənin müdiri kabinetində qapını arxadan bağlayıb saatlarla naməhrəm şəxslə fikir mübadiləsi apara bilərmi? Məsləhətləşə bilərmi? Universitet direktoru və ya inistut müəllimi öz şagirdi-naməhrəm qızla başqa bir şəxsin daxil olmadığı otaqda elmi söhbət edə bilərmi?
İstəyirəm açıq fikirli, aydın düşüncəli, ictimai və fərdi problemlərinin həlli üçün Qurana müraciət edən gənclərdən soruşum: Dövrümüzün gəncləri həzrət Məryəmin dövründə yaşamış qız və oğlanlardan mahiyyətcə fərqlənirmi? Quranın təqdim etdiyi bu əxlaq nümunəsi tarix köhnəldikcə zaman keçdikcə köhnəlibmi? Şeytanla bağlı bir söhbət: İblis Musaya dedi: "Naməhrəm qadınla xəlvətə çəkilmə! Elə bir kişi yoxdur ki, naməhrəm qadınla xəlvətə çəkilsin amma mən onun dostu həmsöhbəti olmayım!"

Milli.Az