Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Yaşlarından böyük görünən dünya ulduzları - FOTOlar

Kosmetika, kosmetoloji prosedurlardan istifadə edərək 60 yaşında belə cavan görünməyə çalışan dünya ulduzlarının kimliyi heç kəsə sirr deyil. Lakin bununla yanaşı yaşlarından daha yaşlı, böyük görünməyə çalışan məşhurlar da az deyil.

Milli.Az xarici mediaya istinadən obyektivlərə daim olduqlarından daha yaşlı tuş gələn ulduzları təqdim edir.

Milli Bobbi Braun

İspan əsilli britaniyalı aktrisa və model Millinin 18 yaşı var. 13 yaşından bəri obyektiv qarşısında görünən aktrisa barəsində mediada davamlı olaraq yaşına görə çox yetkin göründüyü mövzusunda yazılar dərc olunur. Parlaq makiyaj, dekolte, üz cizgilərini vurğulayan konturlar Millini 35-40 yaşlarında göstərdiyini desək yanılmarıq.

Billi Ayliş

Amerikalı müğənni-bəstəkar Billinin sadəcə 20 yaşı var. İfaçı moda brendlərinin əməkdaşlıq üçün növbəyə durmasına baxmayaraq, qadın bədəninin seksuallaşmasına qarşı olduğunu bildirib və yeniyetmələr üçün olan bol paltarlar geyinməyə üstünlük verir.

Onun imici daima müzakirə obyektivinə çevrilir. 2021-ci ildə korset və corabda "Vogue" üçün obyektiv qarşısına keçdikdə isə tənqid olundu. Ümumilikdə Billi istər geyim tərzi, istərsə də makiyaj və saç düzümü ilə yaşından böyük görünənlər siyahısındadır.

Meysi Uilyams

25 yaşlı britaniyalı aktrisa məşhur "Game of Thrones" serialı ilə məşhurluq qazanıb. Parlaq makiyaja üstünlük verən aktrisa daima yaşına görə yaşlı görünməsinə görə tənqid olunsa da imicində dəyişiklik etmir.

Mayli Sayrus

Amerikalı müğənni, aktrisa Maylinin 29 yaşı var. Sarı qısa saçları və geyim tərzi ilə o da yaşına görə tamaşaçılar tərəfindən yaşlı görünənlər siyahısında yer alır.

Bella Torn

24 yaşlı amerikalı aktrisa, model parlaq makiyaja üstünlük verməsi ilə seçilir. Bu da onun siyahıda görməsində təəccüb yaratmır.

Milli.Az