Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Yeni dövr başlayır: Azərbaycandan ÖNƏMLİ ADDIM -

Azərbaycanın təşəbbüsü və iştirakı ilə bölgədə həyata keçirilən nəhəng enerji və infrastruktur layihələri, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə və konkret olaraq enerji sahəsində ikitərəfli əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsi istiqamətində bu gün Avropada əsas müttəfiqlərindən birinə çevrilməkdə olan Macarıstan, özünü etibarlılıq baxımından yaxşı tərəfdən göstərməkdədir. 

İstər işğal dövründə, istər 44 günlük müharibənin gedişində, istərsə də poskonflkt dövründə Budapeştin Bakıya dəstəyi tamlığı ilə ön plana çıxdı. Xüsusilə Baş Nazir Viktor Orbanla İlham Əliyev arasında ötən il müxtəlif platformalarda geçəkləşən çoxsaylı görüşlər bu münasibətlərin daha geniş müstəvidə inkişafında olduqca önəmli rol oynamaqla yanaşı, dövlətlərin əlaqələrinijn yeni müstəviyə qədəm qoymasında da müstəsna əhəmiyyətə malik oldu. 

Tərəflər, bu zamana kimi müxtəlif qarşılıqlı maraq doğuran regional məsələlərlə bağlı birgə addım atıblar ki, biz buna həm siyasi, həm iqtisadi nöqteyi nəzərdən aydın şəkildə şahid ola bilərik. Əminliklə demək olar ki, bu gün Azərbaycan və Macarıstan arasında strateji tərəfdaşlıq əlaqələri yüksək sürətlə inkişaf edir. 

Ötən dövrdə iki ölkə arasında 50 əməkdaşlıq sənədi imzalanmışdı ki, bu amil də ölkələrimizin ikitərəfli müstəvidə və beynəlxalq təşkilatlar çərçivəsində bir-birini dəstəklədiyinin növbəti bariz sübutudur. Bu gün Azərbaycan və Macarıstan arasında siyasi, iqtisadi, energetika, nəqliyyat, kənd təsərrüfatı, təhsil və s. sahələrdə fəal əməkdaşlıq əlaqələri mövcuddur.

Dünən (yanvarın 29-da) İlham Əliyevin Macarıstana rəsmi səfərinin ardınca bu gün Macarıstan Prezidenti xanım Katalin Novakın iştirakı ilə Budapeştin Layoş Koşut meydanında rəsmi qarşılanma mərasiminin keçirilməsi və ardınca Azərbaycan prezidentinin macar həmkarı ilə istər təkbətək, istərsə də geniş tərkibdə görüşü hər iki dövlətin bu səfərə nə qədər böyük əhəmiyyətverdiyindən xəbər verir. 

Xüsusilə İlham Əliyevin Macarıstanın Baş naziri Viktor Orban ilə geniş tərkibdə görüşü başa çatdıqdan sonra Azərbaycan-Macarıstan sənədləri imzalanması və bu sənədlərin elm, iqtisadiyyat, qida təhlükəsizliyi, miqrasiya, rəqəmsal texnologiyalar, nəqliyyat və xarici siyasi əlaqələri əhatə etməsi iki ölkənin münasibətlərinin yaxın perespektivdə daha da möhkəmlənəcəyi, daha etibarlı sütunlar üzərində irəliləyəcəyi əminliyi verir. 

Xüsusilə indi Azərbaycan üçün ən ündə məsələlərdən biri erməni işğalından azad edilən ərazilərdə tez bir zamanda bərpa-quruculuq işlərini bitirmək olduğunu nəzərə lasaq bu baxımdan da macar şirkətlərinin həmin ərazilərimizdə həmin işlərdə iştirak etmək əzmində olduqları ilə bağlı verilən mesajlar Bakının əsas hədəflərindən biri kimi ön plandadır. 

Unutmaq olmaz ki, bu gün Macarıstan Türk Dövlətləri Təşkilatında (TDT) müşahidəçi qismində iştirak edir. Bu da olduqca mühüm əhəmiyyətə malikdir. Azərbaycan dövləti həm 44 günlük Vətən müharibəsindəki qalibiyyətinə, həm də güclənən iqtisadi-siyasi potensialına görə Cənubi Qafqazın lideri dövlətidir. Avropanın inkişaf edən və yüksələn dövlətlərində biri kimi Macarıstanla əlaqələr bizim üçün proritet məsələlərdən birini təşkil edir.

Ən əsası, rəsmi Budapeşt də Bakının regional və qlobal əhəmiyyətini dərk edir və bizimlə münasibətlərin daha da dərinləşdirmək məsələsini dövlət siyasəti halına gətirib. Bunu bu gün İlham Əliyevlə keçirilən görüşlər, imzalanan sənədlər də bir daha təsdiqləyir. Zərrə qədər də şübhə edilmir ki, Macarıstan həm Azərbaycanla həm də Türk Dünyası ilə inteqrasiyasını sürətləndirərək ona daha böyük tövhələr verəcək. Azərbaycanla Macarıstan arasında əlaqələrin bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcəyi şübhə doğurmur. 

Bu gün Macarıstan Azərbaycan üçün nə qədər önəmli müttəfiqdirsə, Azərbaycanın da önəmi onlar üçün o qədərdir. Çünki bu gün qlobal siyasi proseslər fonunda geopolitik mövqelərini hər gün daha da gücləndirən bir Azərbaycan var. 

Dövlət başçımızın Macarıstana səfəri bu əlaqələrin gələcək perspektivləri üçün vacib yeniliklərə səbəb olacaq. Azərbaycanla Macarıstanın arasında əlaqələrin dərinləşməsi birgə layihələrin də sayının çoxalmağına səbəb olacaq. 

Ən əsas məsələlərdən biri kimi isə hər iki ölkənin qlobal miqyasda bir-birinin mövqeyinə dəstək ifadə edib, haqlarının müdafiəsində vacib səsə çevrilməkdir. Azərbaycan Qoşulmama Hərəkatına sədrliyini etmiş bir dövlət olaraq, İƏT-də, BMT-də, TDT-də, İKT-də və sair təşkilatlarda fəallığı ilə bir çox qlobal problemlərin həllinə rəvac verən beyin mərkəsi kimi, Macarıstan isə Avropa İttifaqının üzvü olaraq öz regionunun inkaredilməz güc mərkəzlərindən birinə çevrilir ki, bu da hər iki tərəfin beynəlxalq siyasi sferada əlinin güclənməsi baxımından önəmli amildir. 

Unutmaq olmaz ki, bu gün Macarıstan eyni zamanda Azərbaycan ərazilərinin minalardan təmizlənməsi prosesinə də fəallığı ilə seçilir. Göründüyü kimi rəsmi Budapeşt Azərbaycanın bütün sahələrdə ən önəmli dəstəkçilərindən biri qismində Bakının yanındadır. 

Macarıstanın həm siyasi, həm iqtisadi  potensialı və Azərbaycanın günü-gündən artan geostrateji əhəmiyyəti qlobal miqyasda dövlətlərimiz adına pozitiv dəyişikliklərin daha da artacağını istisna etmir.

Təhməz Əsədov
Milli.Az