Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Yeni telefon alandan sonra köhnəni nə etməli?

Bəzən yeni telefon aldıqdan sonra köhnəni nə edəcəyimizi bilmirik. 

Milli.Az lent.az-a istinadən bildirir ki, əgər köhnə telefon işlək vəziyyətdədirsə bu zaman ondan istifadənin bir neçə yolu var. 

Məsələn, əgər sürücüsünüzsə, həmin smartfonu naviqator və DVR kimi rahatlıqla istifadə edə bilərsiniz. 

Köhnə bir mobil cihazın infraqırmızı portu varsa, televizor üçün universal pult ola bilər. Port olmasa belə, ağıllı cihazları və telefonu evin simsiz şəbəkəsinə qoşaraq idarə etmək olar. 

Bundan əlavə, əgər işləyirsinizsə və çoxsaylı zənglər sizi narahat edirsə, bu zaman ikinci bir nömrə ilə köhnə smartfonunuzdan istifadə edə bilərsiniz 

Köhnə telefonunuzun kifayət qədər daxili yaddaşı varsa, onu foto və videoları saxlamaq üçün yaddaş cihazı kimi işlətmək ən yaxşı alternativlər arasındadır. 

Yeni telefonunuzun şarjının tez bitməyini istəmirsinizsə, oyunları, əlavə proqramları yükləyə, həmçinin musiqiyə də köhnə cihazınızda qulaq asmaq olar. 

Milli.Az